PKK-çılar Öcalanın çağırışına əhəmiyyət vermədi

Türkiyədə PKK üzvləri yenə fəallaşaraq küçələrə axışıb.

Müsavat.com-un məlumatına görə, PKK-çıların aksiyalarının qarşısında Öcalanın çağırışı belə keçərsiz qalıb.

Şırnak vilayətinin Silopi rayonunda ən böyük küçəni bağlayan PKK-çılar keçən maşınları saxlatdıraraq sənəd istəyib. Küçənin ortasında təkər yandıran PKK-çılara polislər müdaxilə edib. Aksiyaçılar polislərin maşınına “Molotov kokteyli" atıblar. Polislər isə bu hücuma bibər qazı ilə qarşılıq veriblər.

“Molotov kokteyli" ilə yandırılan maşını polislər su şırnağı ilə söndürüblər.

Qeyd edək ki, Türkiyədə ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalan 15 yanvarda PKK-çılara müraciət ünvanlayaraq yolkəsmə, yanğın törətmə kimi aksiyalara son qoymağa çağırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar