ABŞ-la Hindistan razılığa gəldi

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın Hindistana səfəri baş tutub. Obama paytaxt Dehlidə baş nazir Narenda Modi ilə görüşüb.

Görüşdə tərəflər qarşılıq ticarət əlaqələri, qlobal iqlim dəyişikliyi problemləri, nüvə energetikası və terrorizmə qarşı birgə mübarizə planlarına dair müzakirələr aparıblar. Əsasən, Hindistanda Atom Elektrik Stansiyasının tikilməsinə dair tərəflər arasında razılaşma olub.

ANS PRESS-in məlumatına görə, bu sahədə 2008-ci ildə tərəflər arasında əməkdaşlıq müqaviləsi bağlanmış, lakin müqavilə icra olunmayıb. Buna səbəb isə, Obamanın AES-i təchiz edən yanacağın üzərində daimi nəzarət hüququ tələb etməsi idi. Hindistan mediyasının məlumatına görə, Obama bu şərtindən əl çəkib.

Obama mətbuat konfransında çıxışı zamanı Amerika ilə Hindistan arasındakı əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini deyib.

Barak Obama: “İki məsələyə dair qarşılıqlı anlayış nümayiş olundu. Bu bizə nüvə əməkdaşlığı sahəsində irəliyə doğru hərəkət etməyə imkan verir. Bu, eyni zamanda, onu göstərir ki, biz birgə əməkdaşlıq sayəsində münasibətlərimizi daha da yaxşılaşdıra bilərik. Həmçinin, qarşılıqlı maliyyə yatırımları məsələsində də razılığa gəldik, ixrac sahəsində də islahatlar keçirməyə davam edəcəyik”.

Obamanın Hindistana səfəri bu ölkənin konstitusiya gününə təsadüf edib. Hindistan prezidenti Pranab Kumar Mukercinin dəvəti ilə Obama və xanımı Mişel Obama ziyafətə qatılıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar