Separatçıların əlində 184 Ukrayna hərbçisi var

Terrorçular 184 hərbçini əsir saxlayır. Bu barədə Ukrayna ordusunun baş qərargahının sözçüsü vəzifəsinin icraçısı Vladislav Seleznyov keçirdiyi mətbuat konfransında bildirib.

Musavat.com Ukrayna mediasına istinadla xəbər verir ki, Seleznyov bunun rəsmi göstərici olduğuni bildirib.

O, qeyd edib ki, hospital və xəstəxanalarda 309 hərbçi var və onlardan 19-nun vəziyyəti ağırdır.

Xəbər verildiyi kimi, əvvəllər "Əsirlərin azad edilməsi mərkəzi" bəyan etmişdi ki, son bir həftə ərzində separatçı-terrorçulara 30 ukraynalı hərbçi əsir düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar