İran xarici işlər naziri bu gün Ermənistana gedir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Ermənistana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

İkigünlük səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında reallaşacaq.

Səfər çərçivəsində iranlı nazirin Ermənistan prezidenti Serj Sarkisyan, parlament spikeri Qalust Saakyan və baş nazir Ovik Abramyanla görüşlər keçirəcəyi gözlənilir.

Yanvarın 27-də isə Ermənistan və İran xarici işlər nazirləri arasında danışıqlar keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar