"Lamiyə yalnız anası ilə görüşüb..." - VƏKİL

Son günlər adı mətbuatda müzakirə obyektinə çevrilən Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev danışıb. F. Mehdiyev “Qafqazinfo”ya açıqlamasında L.Quliyevanın bəraət aldığı cinayət işi haqda məlumat verib:

“Lamiyə Quliyevanın ilk məhkumluğu adam öldürməyə görə olub. O zaman onun 15 yaşı olmadığına görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzaçəkmə müəssisəsində olarkən ona Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə cinayət işi açılıb. Həmin maddə cəzaçəkmə müəssisəsində rejim qaydalarının pozulmasıdır. Bu maddə ilə o 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonra ona yenidən CM-in 182-ci maddə ilə, hədə-qorxu ilə tələb etmə iddiası ilə cinayət işi açıldı. İstintaq yekunlaşandan sonra iş Xətai rayon məhkəməsinə göndərildi. O zaman mən onun vəkili kimi işə qoşuldum. Xətai məhkəməsi qərar verdi ki, ittiham əsassızdır və bəraət verildi. Cinayət işinə də xitam verildi. Sonra prokurorluq protest verdi. Bakı Apellyasiya Məhkəməsi Xətai rayon məhkəməsinin qərarını ləğv etdi. Yenidən ona 6 il 6 ay cəza verildi. Biz kassasiya şikayəti verdik, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi və bəraət hökümünü qüvvədə saxladı”.

Vəkil L.Quliyevanın həbsxanada hamilə qalması haqda müzakirələrlə bağlı onunla görüşdükdən sonra məlumat verə biləcəyini deyib: “Dünən Lamiyə və anası mənə müraciət etdi. Mən onunla görüşməyə cəhd etdim. Lakin 2015-ci il üçün mən yenidən Pentensiar Xidmətə müraciət etməliyəm. Yaxın günlərdə müraciət edib görüşəcəyəm. Onun özü ilə danışandan sonra sizə konkret açıqlama verə bilərəm. Lamiyə hamilə olandan sonra Pentensiar Xidmətin Təhqiqat Şöbəsi araşdırma aparırdı. Mən də prosesdə iştirak etdim. Birmənalı olaraq deyə bilərəm ki, ona qarşı hər hansı zorakılıq olmayıb. Detallar barədə isə Lamiyənin özü ilə görüşəndən sonra nəsə deyə bilərəm. Sonuncu dəfə təxminən 2 ay əvvəl Lamiyə ilə görüşmüşəm. Mənim bildiyim qədər o yaxın qohumlarından yalnız anası ilə görüşüb. Başqa kiminləsə görüşməsi barədə mən heç nə deyə bilmərəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar