Qadın koloniyasına kişi gətirilir?

Ombudsmanın nümayəndələri Penitensiar Xidmətin 4 saylı koloniyasında distaq Lamiyə Quliyeva və digər məhkum qadınlarla konfidensial qaydada görüşlər keçiriblər. Bu barədə ombudsmanın mətbuat xidməti məlumat verib.

Qadınlar saxlanma şəraitindən və koloniya personalının onlarla davranışından şikayət etməyiblər.

L.Quliyeva ötən ilin oktyabrında uşağının dünyaya gəlməsi bağlı bəzi məsələlərə aydınlıq gətirib. O bildirib ki, “heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu, onun öz istəyi ilə olub”.

O, özünün və uşağın vəziyyətindən şikayətlənməyib. L.Quliyeva standartlara uyğun olaraq ana və uşaq otağında saxlanılır.

Hazırda Penitensiar Xidmət məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, koloniyadakı qadınlar yalnız öz doğmaları - valideynlər, bacı-qardaş, uşaq, həyat yoldaşı ilə uzun müddətə görüş ala bilər. Məlum olduğu ki, L.Quliyeva evli deyil. Odur ki, uşağın doğulması bəziləri tərəfindən koloniya personalının ona qarşı zorakılığı kimi qəbul edilib.

Lakin əgər zorakılq olmayıbsa, uşağın atasının kimliyindən – koloniya əməkdaşı və ya onun yanına qanuzsuz yolla gəlmiş adam olmasından asılı olmayaraq məhbusların saxlanma rejiminin pozulması məsələsi ortaya çıxır.

Xatırladaq ki, L.Quliyeva keçmiş sevgilisi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının oğlunun ölümündə iştiraka görə 10 il həbs cəzası alıb. /contact.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar