Azərbaycan manatı dünya üçüncüsü oldu - Siyahı

Dünya bazarında neftin ucuzlaşması, demək olar ki, əksər ölkələrin valyutalarına təsirsiz ötüşmədi. İqtisadi proseslər bəzi valyutaların dəyərdən düşməsinə, bəzilərinin əlavə dəyər qazanmasına səbəb oldu.

Bəs görəsən, dünya ölkələrinin valyutaları arasında manata nisbətdə ən bahalı pul vahidi hansıdır?

Azərbaycan Mərkəzi Bankının yanvarın 26-da verdiyi açıqlamaya görə, hazırda manata nisbətdə ən bahalı valyuta Küveyt dinarıdır. Bu pul vahidinin dəyəri 2,65 AZN təşkil edir.

Ən dəyərsiz pul vahidi isə İran rialıdır. Belə ki, 100 İran rialının manatla ekvivalenti 0, 0022 AZN təşkil edir.

Dünya ölkələrinin valyutalarını sıralasaq, burada ilk sıradakı Küveyt dinarından sonra ingilis funt sterlinqi (GBR) gəlir: 1 GBR 1,17 manatdır.

Dünya valyutalarının bu günə olan kursunun manata nisbətdə məzənnəsinə görə, avro 4-cü, ABŞ dolları 5-ci, gürcü larisi 11-ci, Türkiyə lirəsi 12-ci, Rusiya rublu 39-cu sıradadır. İran rialı isə qeyd etdiyimiz kimi sonuncu pillədədir. Musavat.com həmin siyahını təqdim edir:

1. 1 Küveyt dinarı (KWD) - 2,65 AZN

2. 1 İngilis funt sterlinqi (GBR) – 1,17 AZN

3. 1 İsveçrə frankı (CHF) - 0,8922 AZN

4. 1 Avro (EUR) – 0, 877 AZN

5. 1 ABŞ dolları (USD) – 0,7844 AZN

6. 100 Yapon yeni (JYP) – 0, 6668 AZN

7. 1 Kanada dolları (CAD) – 0,63 AZN

8. 1 Avstraliya dolları (AUD)- 0,6182 AZN

9. 1 Sinqapur dolları (SGD) – 0,5832 AZN

10. 1 Yeni Zellandiya dolları (NZD) – 0,5828 AZN

11. 1 Gürcü larisi (GEL)- 0,3907 AZN

12. 1 Türk lirəsi (TRY) – 0,3316 AZN

13. 1 Braziliya rialı (BRL) - 0,3041 AZN

14. 1 Yeni türkmən manatı (TMT)- 0,221 AZN

15. 1 Malayziya rinqqiti (MYR) – 0,2173 AZN

16. 1 BƏƏ dirhəmi (AED) – 0,2136 AZN

17. 1 Səudiyyə Ərəbistanı rialı (SAR) – 0,2087 AZN

18. Polşa zlotası (PLN) – 0,2084 AZN

19. 1 İsrail şekeli (İLS)- 0,1952 AZN

20. 1 Tacik somonisi TJS – 0,1418 AZN

21. 1 Çin yuanı (CNY)- 0,1254 AZN

22. 1 Danimarka kronu (DKK) -0,1178 AZN

23. 1 Misir funtu (EGP) – 0,106 AZN

24. 1 Honk KOnq dolları (HKD)- 0,1012 AZN

25. 1 Norveç kronu (NOK) – 0,1008 AZN

26. 1 İsveç kronu (SEK)- 0,094

27. 1 Argentina pesosu (ARS) -0,0911 AZN

28. 100 Cənubi Koreya vonu (KRW)- 0,0727 AZN

29. 1 Cənubi Afrika randı (ZAR) – 0,0687

30. 1 Meksika pesosu (MXN)- 0,0535 AZN

31. 100 Livan funtu (LBP) – 0,0519 AZN

32. 1 Ukrayna qrivnası (UAH) – 0,0496 AZN

33. 1 Moldova leyi (MDL)- 0,0447 AZN

34. 1 Çexiya kronu (CZK)- 0,0317 AZN

35. 1 Özbək somu (UZS)- 0,0323 AZN

36. 1 Tayvan dolları (TWD) – 0,0251 AZN

37. 1 Qırğız somu (KGS)- 0,013 AZN

38. 1 Hindistsan rupisi (İNR) – 0,0128

39. 1 Rusiya rublu (RUB) – 0,0123 AZN

40. 100 İndoneziya rupiası (İDR)- 0,0063 AZN 41. 100 Belarus rublu (BYR) – 0,0052 AZN 42. 1 Qazaxıstan tengəsi (KZT) – 0,0042 AZN 43. 100 İran rialı (İRR) – 0,0029 AZN

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar