Məşhur müğənni vəfat edib

Məşhur yunan müğənnisi Demis Russos Afinada 69 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “Le Figaro” qəzeti sənətçinin qızı Emiliyə istinadən məlumat yayıb. Ölümün səbəbləri hələlik bəlli deyil.

Əsl adı Artemios Ventouris Roussos olan müğənni 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan ailəsində anadan olub. 1950-ci illərin ortalarında ailə Yunanıstana köçüb. D. Russos solo yaradıcılığa 1971-ci ildə başlayıb və həmin il “On The Greek Side Of My Mind” adlı ilk albomunu buraxıb. 1975-ci ildə onun 3 plastik valı 10 ən yaxşı albomun siyahısında yer tutub. Sənətçi yaradıcılığı boyunca 29 albom buraxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar