Bəşər Əsəddən Ərdoğana ağır sözlər

"Yaşananların məsuliyyəti ona aiddir"

Suriya lideri Bəşər Əsəddən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ağır ittiham. ANS PRESS-in məlumatına görə, Əsəd ABŞ-da yayımlanan "Foreign Affairs" jurnalına açıqlamalar verib.

O, Ərdoğanı "Əl Qaidə"nin yuvası adlandırdığı Müsəlman Qardaşları ideologiyasının dəstəkçisi adlandırıb. Əsəd amerikalı jurnalist Conatan Teppermanın “Bir zamanlar çox yaxın münasibətləriniz olan Ərdoğanı ittiham edirsiniz?" sualına belə cavab verib:

“Bəli. O, müsəlman qardaşları ideologiyasına çox bağlıdır. Onlar isə 20-ci əsrin əvəllərində şiddəti tərənnüm edən ilk siyasi təşkilatlardan olublar. O, da bu dəyərlərə möhkəm inanır. Yaşananların məsuliyyəti ona aiddir".

Əsəd Suriyadakı müxalifətin birbaşa Türkiyədən dəstək gördüyünü deyib. O, bu gün belə hərbi təminatla bağlı heç bir problemləri olmadıqlarını qeyd edib. "Deyək ki, Suriyanın içində onlara dəstək var və yeni terrorçular yaranır. Onları məğlub etmək elə də çətin deyil. Problem odur ki, onlar birbaşa Türkiyədən dəstək alırlar. Səudiyyə Ərəbistanı və Qətər də terrorçulara dəstək verir. Amma Türkiyə vasitəsilə".

Əsədin "əgər Obamaya bir mesaj ünvanlamaq istəsəniz bu nə olardı?" sualına cavabı da maraqlı olub. Suriya liderinin mesajı belə olub "Bizim ölkəmizdəki, bölgəmizdəki terroçuları dəstəkləməkdə qazancınız nədir? Bir necə il öncə Misirdə və başqa ölkələrdə Müsəlman qardaşlarını dəstəkləyib, Ərdoğan kimi birinə dəstək verib nə qazandınız?".

Suriya lideri bir necə günki hücumla bağlı İsraili də tənqid edib. O, İsrailin “müdaxilə yəhudi dövlətinə edilə biləcək hər hansı hücumunq arşısını almaq üçün gerçəkləşdirildi" açıqlamasını bəhanə adlandırıb.

“İsrail Suriyada üsyançıları dəstəkləyir. Bu çox açıqdır. Çünki nə zaman irəliləyiş olsa ordunun mövqeyini zəiflətmək üçün hücum gerçəkləşir. Hətta bununla bağlı Suriyada bir lətifə də var; Əl-Qaidənin hava qüvvələri olmadığını kim deyə bilər? İsrailin hava qüvvələri onlarındır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar