Ukraynada fövqəladə vəziyyət

ukrayna_antiterrorUkrayna hökuməti Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət elan edib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bəyan edib.

O əlavə edib ki, Ukraynanın digər regionlarında yüksək hazırlıq rejimi tətbiq olunub. “Xahiş edirəm, fövqəladə vəziyyət yaxud da hərbi vəziyyətlə səhv salmayın. Bu cür qərarları parlament qəbul edir”, - deyə o vurğulayıb.

A. Yatsenyuk qeyd edib ki, müvafiq tədbirlərin məqsədi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hakimiyyət orqanlarının fəaliyyətinin tam koordinasiyasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar