"Neftin cari qiymətləri hələ 2-3 il qalacaq" – BP rəhbəri

BP şirkətinin rəhbəri Robert Dadli hesab edir ki,yaxın illərdə neft qiymətlərinin əhəmiyyətli artımı olmayacaq. Dünya neft nəhəngi BP növbəti 2-3 il üçün neftin bir barelinin qiymətini 50-60 dollar səviyyəsində proqnozlaşdırır. Bu barədə jurnalistlərə şirkətin prezidenti Bob Dadli Davos iqtisadi forumunda bildirib.

“Mən sənayedə işlədiyim vaxt ərzində 4-cü dəfədir ki, neft qiymətlərinin ciddi sürətdə azalmasını müşahidə edirəm. Biz bilirik nə edirik. Hesab edirəm ki,yaxın 2-3 il ərzində neftin bir barelinin qiyməti $ 50-60-dan hesablamalıyıq.Rosneft 2015-ci il üçün hərəkət plan hazırlayıb və biz bu planı çox əhəmiyyətli hesab edirik”, – deyə Dadli bildirib.

BP sanksiyalara baxmayaraq, Rusiyada öz investisiyalar sadiq qalır və “Rosneft”də öz payımızı azaltmaq üçün heç bir planlarımız yoxdur, deyə Dadli xəbər verib.

“Biz ehtiyatlı olmalıyıq və sanksiyalar rejiminə uyğun işləliyirik və bu bizə “Rosneft” ilə birgə bəzi layihələrdə işimizə və mənim “Rosneft”in direktorlar şurasında roluma mane olmur”,- deyə Dadli izah edib. /"caspianbarrel"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar