PUTİN UKRAYNAYA “QARABAĞ TORBASI” TİKİR- Avropa Hitleri yada salıb

Ukraynanın şərqində Rusiyaya bağlı separatçılar bazar ertəsi də hücum əməliyyatlarını davam etdiriblər.

Reuters agentliyi xəbər verir ki, bununla əlaqədar Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsinə başlayıb. Vaşinqton və Brüssel Moskvanı separatçılara pul, silah və hətta canlı qüvvə ilə açıq-aşkar dəstək verməkdə ittiham ediblər.

Bu arada NATO ölkələrinin və Ukraynanın xarici işlər nazirləri avqust ayından bəri ilk dəfə olaraq Brüsseldə görüş keçirməyə hazırlaşırlar.

Putin: “Ukraynada NATO legionu var”

Rusiya prezidenti Vladimir Putin Kiyevi münaqişəni uzatmaqda və qiyamçılarla danışıqlara gəlməməkdə ittiham edib. O həmçinin iddia edib ki, bu münaqişədə Ukrayna qoşunlarının tərəfində, onun təbirincə deyilsə, “əcnəbi NATO legionu” döyüşür.

Kiyev bilidirib ki, iki separatçı region da daxil olmaqla ölkə boyunca fövqəladə vəziyyət elan edilib.

Ukrayna hərbiyyəsi son 24 saat ərzində gedən döyüşlərdə 7 əsgərinin öldürüldüyünü təsdiq edib.

Hazırda qiymaçılar tutduqları ərazilərdə möhkəmlənmək məqsədilə Debaltseve məntəqəsini ələ keçirməyə çalışırlar.

Bu məntəqədə mərmi partlayışları nəticəsində qaz və elektrik, həmçinin telefon xətləri kəsilib. Hökumət qoşunları məntəqəni müdafiə etməkdədirlər.

Neftin və rublun sabitləşməsi

Media xəbərlərində deyilir ki, hazırda vəziyyət Ukrayna münaqişəsi başlanandan bəri özünün ən gərgin həddinə çatıb. Qiyamçıların liderləri bildirirlər ki, onların məqsədi Donetsk və başqa məntəqələri top atəşinə tutan Ukrayna qoşunlarını geri oturtmaqdır.

Son həftələrdə Avropada Rusiyaya qarşı sanksiyaların hətta bir qədər yumşaldılmasına çağırışlar eşidilirdi, lakin indi vəziyyətin kəskin pisləşməsi Moskvaya qarşı yeni, daha ağır sanksiyaların qoyulmasını gündəmə gətirib.

Bir çox təhlilçilər bu qənaətdədirlər ki, neftin və rublun qiymətlərinin az-çox sabitləşməsi Moskvanı hərəkətə gətirib.

Rusiyanın pulu, silahı və əsgəri

ABŞ prezidenti Barack Obama deyib ki, hazırda müharibəni çıxmaq şərtilə Rusiyaya qarşı bütün mümkün tədbirlər nəzərdən keçirilir.

“Biz atəşkəsin son pozulmasından və separatçıların Rusiyanın dəstəyi, Rusiyanın silahı, Rusiyanın pulu və Rusiyanın qoşunları ilə həyata keçirilən təcavüzündən dərin narahatlıq keçiririk” – deyib Obama.

Rusiyaya qarşı sanksiyalar məsələsinə birbaşa cavabdeh olan ABŞ maliyyə naziri Jack Lew deyib ki, Moskva üzərinə təzyiqləri artırmaq üçün Vaşinqtonun ixtiyarında çoxlu vasitələr var.

Avropa Hitleri yada salıb

Avropa Şurasının prezidenti Donald Tusk Moskvaya qarşı indiyədək ən sərt bəyanatını verib və o, yalnız İkinci Dünya Müharibəsi zamanı Hitlerə münasibətdə işlədilmiş “qılığına girmək” ifadəsini dilə gətirib.

Tusk deyib ki, Rusiyanın “qılığına girmək” yolverilməzdir.

“Artıq bir daha yenidən qılığına girilməsi təcavüzkarı daha böyük zorakılıq hərəkətlərinə ürəkləndirir, - deyib Donald Tusk, - Addımlarımızı xülyalar yox, soyuq faktlar üzərində qurmağımızın zamanı gəlib”.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, hərçənd heç kəs Moskva üzərinə gözübağlı yeni sanksiyalar qoymaq istəmir, lakin separatçıların son hücumu vəziyyəti əhəmiyyətli şəkildə dəyişib və Avropa hərəkətə keçməlidir.

Moskva iddia edir ki, son hadisələrə görə öz ağır silahlarını cəbhə xəttindən geriyə çəkməkdən imtina edən Kiyev günahkardır.

“Təəssüf ki, Ukrayna hakimiyyəti münaqişənin sülh yolu ilə həllindən boyun qaçırır. Onlar siyasi səylərin göstərilməsini istəmirlər” – deyib Putin Sankt Peterburqda tələbələrin qarşısında etdiyi çıxışda.

Moskva münaqişəni dondurmaq istəyir

Burası da var ki, Putin ictimai bəyanatlarında Kiyevə təklif etdiyi sülh planının tam mətnini dilə gətirmir. Ukrayna mənbələrinin açıqladığı tam variantda Putin Kieyvdən həm də Ukraynanı federativ ölkə elan edib, Luqansk və Donetskə xüsusi status verilməsini tələb edib.

Hazırda qiymaçıların öz hücumlarını hansı miqyasda genişləndirmək niyyətində olduqları bilinmir.

Qərb təhlilçiləri deyirlər ki, Moskvanın əsas məqsədi Ukrayna münaqişəsini “donmuş” vəziyyətə gətirməkdir. Rusiya Qarabağ və Dnestryanı münaqişələrini məhz bu üsullarla dondurub.

Onların fikrincə, əgər bu belədirsə, onda qiyamçlar Ukrayna hökumət qoşunlarını Donetsk və Luqansk vilayətlərindən mümkün qədər uzağa sıxışdırmaq istəyəcəklər.

Bu mənada dəniz limanı Mariupol xüsusi əhəməiyyət daşıyır. Onun ələ keçirilıməsi qiyamçılara birbaşa ilhaq olunmuş Krım ərazisinə çıxış verərdi.

Lakin təhlilçilərin fikrincə, Mariupolun ələ keçirilməsi cəhdi münaqişəni misli görünməmiş şəkildə genişləndirə bilər.(Azadlıq Radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar