“LAMİYƏ QULİYEVAYA İŞGƏNCƏ VERİLİB” – Vəkil

Dərc olunub: 27/01/2015 - 10:03

1422309340Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə ömürlük həbs cəzasına məhkum olunmuş Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev müvəkkili ilə bağlı bəzi məqamları bölüşüb. Axar.az-a açıqlama verən Ə.Mustafayev istintaq zamanı Lamiyə Quliyevaya işgəncə verildiyini iddia edib:“İş materiallarında istintaq zamanı ona işgəncə verilməsi, özünə və Vüqara qarşı ittihamedici ifadələr verməyə məcbur edilməsi, onun yaxınlarının həbs olunması barədə məlumatlar var. Buna görə bəzi məsələlər məni maraqlandırır. Əslində, mən L.Quliyevanın vəkili deyiləm”.
Vüqarın həbsdə olarkən Lamiyə ilə heç vaxt görüşmədiyini deyən vəkil müvəkkilinin Qobustanda saxlanıldığını bildirib:“O, Qubustanda, qapalı həbsxanada saxlanılır. Yaxın zamanlarda yanına getməyi nəzardə tutmuram. Hərdən özü zəng edir. Ancaq bu yazılar çıxandan sonra danışmamışıq. Əslində, bu proseslər Vüqarı maraqlandırmır. Çünki o, Lamiyədən 10 ildir ayrılıb, özü də evlənib. Güman edirəm ki, o, bu xəbəri eşitsə, təəccüblənməyəcək”.
Son günlərdə mətbuatın əsas müzakirə mövzusu olan qalmaqalla bağlı Vüqarın işində heç bir yenilik olmayacağını deyən Ə.Mustafayev Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun hələ də məhkəmələrə təzyiq etdiyini deyib:“Vüqarın işinə baxılması indiki şəraitdə inandırıcı deyil. Çünki A.Aslanov hələ də məhkəmələrə təzyiq edir və bu səbəbdən məhkəmə-hüquq sistemi bu məsələyə yenidən baxılmasına maraq göstərmir. Lamiyənin işi Baş Prokurorluğa gedib. Vüqarın rəyinə görə, A.Aslanov elə əvvəldən bu işi istədiyi kimi yönəldib. Bu onun mövqeyidir və Vüqara münasibətdə belə ədalətsiz qərarın kiminsə sifarişi ilə edildiyini təsdiqləyir. Fikrimcə, prokurorluq ən yaxşı halda Lamiyənin hamiləlik məsələsini araşdıracaq”.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən L.Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
L.Quliyeva türmədə ikən CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə təkrar ittiham olunub və cəzası 5,6 il artırılıb.

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…








loading...


Fikrinizi bildirin