"Lamiyənin uşağını Aslan Aslanov götüzdürüb" - Vüqarın atası və həyat yoldaşı danışdı

Həbsdə uşaq doğan Lamiyə Quliyeva işində bütün arxivlər açılmaqdadır. Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürən Lamiyənin Ruslanla hansı əlaqələrinin olması aydınlaşır.

Sabiq icra başçısının oğlunun qətlində təqsirləndirilərək həbs edilən şəxsin həyat yoldaşı bu barədə danışıb: "Lamiyə Quliyevanın Vüqar Əliyevə heç bir aidiyyatı yoxdur. Vüqar xahiş edir ki, mətbuat bu qadını onun nişanlısı kimi təqdim etməsin. Vüqarın öz ailəsi var və o, öz ailəsinə cavabdehdir". Bu sözləri "Azadlıq" qəzetinə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin xanımı Aynur Əliyeva deyib.

Vüqar Əliyevin xanımı Aynur Əliyeva bildirir ki, əri bu qadının üzündən ömürlük azadlıqdan məhrum olunub, ailəsi faciələr yaşayıb: "Vüqarın bu işdə heç bir günahı yoxdur. Aslan Aslanovun oğlunu Lamiyə qətlə yetirib. Çünki həmin oğlan Lamiyənin 12 yaşı olarkən ona təcavüz edib. Sonradan Lamiyənin bir müddət onunla münasibəti olub. Vüqar Lamiyə ilə nişanlanarkən bunları bilməyib. Sonradan ona bütün bunları deyiblər. Vüqar da Lamiyədən deyilənlərin həqiqət olub-olmadığını soruşub. Lamiyə deyilənləri təsdiq edib. Vüqar Aslan Aslanovun oğlundan da bu barədə soruşub. Lakin o deyib ki, Lamiyə anam-bacım olsun, mən ona heç nə etməmişəm. Aslan Aslanovun oğlu Lamiyə ilə üzləşə biləcəyini də deyib. Üzləşmə vaxtı Lamiyə üzərindəki bıçaqla oğlanı öldürüb. Vüqarın günahı yalnız bundan ibarətdir ki, həmin vaxt Lamiyənin yanında olub. Onu da qeyd edim ki, həmin vaxt Lamiyə Aslan Aslanovun oğlundan hamilə imiş. Qarnında 4 aylıq körpəsi olub. Həmin uşağı Aslan Aslanov götüzdürüb. O istəmirdi ki, oğlunun bu əməlləri üzə çıxsın. Ona görə də uşağı götüzdürüb və bütün hadisəni Vüqarın üstünə yıxıb".

Vüqar Əliyevin atasın İbrahim İsmayılov (soyad fərqlidir) Musavat.com-a müraciətində o vaxt bir çox mətləblərdən danışıbmış: “İstintaq zamanı Aslan Aslanovun qardaşı oğlumu ölümlə hədələyib və cinayət işini boynuna almasını tələb edib. Aslanov işi Ali Məhkəməyə göndərməyə qoymur. Çünki işə Ali Məhkəmədə baxılacağı təqdirdə oğlumun cəzası yüngülləşəcək. Oğlunun qisasını almaq üçün hər yola əl atır".

İ.İsmayılov hadisənin səbəbini açıqlayıb: “Ruslan Aslanov Lamiyə Quliyevanın bakirəliyini 7-ci sinifdə oxuyarkən pozub. Lamiyə nişanlanandan sonra da Vüqara məsələ ilə bağlı heç bir söz deməyib. Bir-iki aya toy eləyəcəkdik. Amma Aslan Aslanovun oğlu Ruslan harada gəldi deyirmiş ki, Lamiyə mənim arvadım, Vüqarın nişanlısıdır. Vüqar bundan qəzəblənib. Lamiyəyə deyib ki, nişanı qaytarıram. Lamiyə həmin gün Ruslana zəng vurub ki, gəl görüşək. Qız Ruslana deyib, Vüqarın yanında sübut edəcəksən ki, mən sənin arvadınam. Tərəflər razılaşıblar. Vüqar Ruslanın maşınına minərək Lamiyəni götürməyə gedib. Lamiyə maşına oturar-oturmaz Ruslanı bıçaqlayıb”.

Oğlu ömürlük cəzaya məhkum olunmuş ata əlavə edib ki, nəsildə hamı həbs edilib:“Bizi, yəni Vüqarın valideynlərini, qardaşını, qardaşının hamilə həyat yoldaşını, hətta xalalarına qədər xeyli qohum-əqrəbasını da həbs etdilər. Hərəni bir ittihamla həbsə aldılar. Bir neçə ay həbsdə saxlanılandan sonra Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qrossun işə müdaxiləsi ilə azadlığa çıxa bildik”.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə belə nəticəyə gəlib ki, qətl hadisəsi onunla icra başçısı arasında olan torpaq davasına görə baş verib. Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə bu işlə bağlı şikayətə baxmaqdan imtina edib.

Xatırladaq ki, Aslan Aslanovun oğlunun qətlinə görə Vüqar Əliyevlə yanaşı həmin vaxt onun nişanlısı olmuş Lamiyə Quliyeva da həbs edilib. Lamiyə Quliyeva 10 il azadlıqdan məhrum edilib. Lakin cəzasınının bitməsinə az qalmış onun barəsində yeni cinayət işi başlanıb və "işinin" üstünə daha 5 il 6 ay əlavə edilib. Son günlər Lamiyə Quliyeva həbsxanada uşaq dünyaya gətirməklə gündəmə gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar