GENERALI KİM HƏDƏFƏ ÇIXARIB? - Prezidentin qərarı gözlənilir

Dərc olunub: 28/01/2015 - 11:01

1gggƏdliyyə naziri Fikrət Məmmədovun həbsxanalarda yoxlamalara başlamaq istədiyi bildirilir

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri general-mayoru qisasçılıqda ittiham edir

Həbsxanalarda işgəncə faktları və müəmmalı məhbus ölümləri Penitensiar Xidmətin rəisi general-mayor Mədət Quliyevə ciddi problemlər yaradıb. Son bir ayda baş verənlərin statistikası artıq hökumətin müvafiq qurumlarını narahat edib. Son olaraq Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində İsrayıl İsmayıl oğlu Ağayevin özünü asması hökumət çevrələrində M.Quliyevi ciddi qınağa gətirib.
Qeyd edək ki, bu, son bir ayda Penitensiar Xidmətlə bağlı üçüncü qalmaqallı hadisədir. Bundan əvvəl 14 saylı həbsxanada məhkum Elşad Babayev işgəncə ilə öldürülmüşdü. Penitensiar Xidmət Elşad Babayevin ürək tutmasından öldüyünü bildirsə də, mərhumun bacısı Simuzər Babayeva qardaşının işgəncə ilə öldürüldüyünü təsdiq edən fotolar yaymışdı.
Bunun ardınca isə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi gündəmi zəbt etdi. Penitensiar Xidmət hələ də bu hadisə ilə bağlı ağlabatan izahat verməyib.
0YTHəbsxanada baş verənlərlə bağlı müxalifətin bəyanatları bir yana, hüquq müdafiəçiləri, xüsusilə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Mədət Quliyevi qisasçılıqda ittiham edir. Hüquq müdafiəçisi son açıqlamasında deyib ki, PX rəisi ona müraciət edən məhbuslara işgəncə verdirir. “Artıq üç ilə yaxındır ki, haqlı tənqidimə görə Mədət Quliyevin göstərişi ilə mənə cəzaçəkmə müəssisələrində monitorinq aparmağa məhdudiyyət qoyulub. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin cəzaçəkmə müəssisələrində monitorinq aparmasına qadağa qoymasına nə ad vermək olar? Onlar cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı işgəncə və qeyri-insani rəftarı gizlədirlər. Hazırda biz bu cür təzyiqlərə məruz qalan insanlarla görüşə bilmirik. Buna da Mədət Quliyev tərəfindən göstəriş verilib” deyə, hüquq müdafiəçisi bildirib.

Penitensiar Xidmətə 2011-ci ilin fevralından rəhbərlik edən M.Quliyev bu vəzifədə Nazim Ələkbərovu əvəz edib. Musavat.cm-un məlumatına görə, prezidentin sinif yoldaşı olan N.Ələkbərovun o zaman işdən çıxarılmasına əsas səbəb kimi də məhz həbsxanalardakı dözülməz vəziyyət göstərilirdi. M.Quliyevin rəis təyin olunmasından sonra türmələrdə xüsusi qaydalar qoyulduğu, nüfuzlu dustaqların yaratdığı “obşak”larını dağıtdığı barədə xəbərlər yayıldı.
1fffPenitensiar Xidmətin rəhbərinin rəis təyin edildikdən sonra ədliyyə naziri Fikrət Məmmədovun kadrlarını da işdən çıxardığı barədə xəbərlər var. Ədliyyə orqanlarında cərəyan edən proseslərdən xəbərdar ola mənbənin bildirdiyinə görə, nazirlə müavin arasında (M.Quliyev həm də ədliyyə nazirinin müavinidir) münasibətlər indi əvvəlki kimi isti deyil. Mənbənin iddiasına görə, xidmət rəhbərinə müəyyən güzəşt edən nazir ona yerini göstərmək üçün əlverişli məqam gözləyir. “İndi belə bir məqam yetişib”, – deyən qaynağımız onu da qeyd edib ki, hər şey ölkə başçısının həbsxanalarda yoxlamalara başlanılması ilə bağlı gözlənilən qərarından asılı olacaq.
Bugünlərdə ölkə mediasına müsahibəsində PX rəhbəri maraqlı açıqlama da verib. O, deyib ki, onların fəaliyyətlərinə ədliyyə naziri özü nəzarət edir: “Qanundankənar hərəkətimiz olsa, cızığımızdan çıxsaq, bizi də qulağımızdan tutub çölə atarlar”, – deyə, M.Quliyev bildirib.
Hökumətin həbsxanalardakı durumla bağlı narahatlığı üçün ciddi səbəblər var. Həbsxana qapalı məkan olsa da, ölkədəki vəziyyətə adekvat reaksiyalar verə bilir və bəzən elə hər şeyin dustaqların qaldırdığı bir etirazla da alovlanması mümkündür. Bu səbəbdən yaxın günlərdə həbsxanalardakı vəziyyətə hökumətin ən yüksək səviyyədə müdaxilə etməsi, kimlərinsə vəzifəsini, poqonunu itirməsi tam mümkündür.








loading...


Fikrinizi bildirin