Spiker xalqı velosiped süməyə çağırdı

Parlamentdə deputatlar benzinin qiymətinin qalxmasından narazılıq etdilər, özlərinə havayı yanacaq veriləcəyi vədi aldılar

Milli Məclisin bu gün keçirilən növbəti iclasında benzinin qiymətinin artması əsas müzakirə mövzusudur. Deputat İqbal Ağazadə bu məsələyə ilk olaraq etiraz etdi: “Büdcə müzakirələrində mən burda qiymət artımından danışmışdı. O zaman hökumət məsələyə münasibət bildirmədi. Bu gün artıq qiymətlər qalxıb. Taarif Şurası enerjidaşıyıcılarının qiymətini qaldırmasına nə ehtiyac var idi? Çox təəssüf ki, nə Taarif Şurası, nə də hökumət bunu izah etməyib. Heç kəs hesablamır ki, qiymət təkcə yanacaqda bu qədər artırsa, bu siyasətin qarşısında dayanmaq mümkün olmayacaq. Əgər yanvardan digər məhsulların qiymətləri 30 faiz qalxacaqsa, sentyabr ayında bu artım azı 90 faiz olacaq. Hökumətdən qəti şəkildə tələb edkirəm ki, qiymət artımına yenidən baxsın. Qiymət azalması yanvarın 1-dən qüvvəyə minir, qiymət artımı isə dekabrın 3-dən. Niyə?”

Zahid Oruc isə dedi ki, bazar iqtisadiyyatı şəraitində tariflərin tənzimlənməsi baş veri: “Bu dünyada rast gəlinən məsələdir. Əgər yanvarın 1-dən qiymət artımının olacağı deyiləcəkdisə, onda nə baş verəcəyini təsəvvür etmək çətin olmaz. Əslində bunun qəfilliyi, gözlənilməzliyi başadüşüləndir”. Z.Oruc 2007-də də Tarif Şurasını 1 həftə sonra insanlara izahat verildiyini xatırlatdı, odur ki, hökumətə etiraz olmasın deyə, dərhal məsələnin izahatının verilməsini zəruri saydı.

Fazil Mustafa dedi ki, qiymət artımından sonra əhalidə yaranmış stresin azalması üçün dostum Zahid Orucun çıxışının birinci hissəsi çoxaldılıb yayılmalıdır: “Hökumətin siyasəti vətəndaşın mövqeyini nəzərə almayan siyasətdir. Bu, çox böyük fəsadlar verəcək.

Azərbaycanda yolların, körpülərin tikintisi dayandırılmalı, velosiped yolları çəkilməlidir. Neft ölkəsiyik, benzinin qiyməti nefti olmayan ölkələrdən bahadır. Bu, niyə belədir?”

Siyavuş Novruzov da bu barədə danışdı: “Mən bu çıxışlara qulaq asanda belə başa düşdüm ki, Azərbaycan dövləti bu xalqın taleyini deyəsən Fazil Mustafadan az düşünür. Fazil Mustafa neftdən gələn gəlirlərdən heç də az istifadə etmir”.

Spiker Oqtay Əsədov isə dedi ki, F.Mustafanın velosipedlə bağlı təklifinə ciddi yanaşmaq lazımdır.

Asim Mollazadə də qiymət artımı ilə bağlı narahat olduğunu bildirdi: “Yanacağın qiymətini tələsik yox, ümumi planla qaldırmaq lazım idi. Aydındır ki, yanacağın qiyməti qalxırsa, demək zəncirvari digər sahələrdə də qiymətlər qalxacaq”.

Qüdrət Həsənquliyev dedi ki, 95 markalıl benzinin qiymətinin artırlması doğrudur: “Amma dizel yanacağının qiymətini 33 faiz artırmaq kənd təsərüfatına qağır zərbə vuracaq. Hökumət bu siyasətə yenidən qalxmalı, xüsusilə dizel yanacağının qiymətinə yenidən baxmalıdır”.

Fərəc Quliyev yenidən qiymət siyasətinə baxılacağını real hesab etmədiyini bildirdi. Odur ki, güzşətli şərtlərin tətbiqini zəruri saydı.

Aydın Mirəzadə isə qiymət artımından gələn gəlirin büdcəyə yönəldiləcəyini və sonda əhalinin tələbatına yönələcəyini dedi.

Sabir Rüstəmxanlı kənd təsərrüfatı sahəsində mövcud olan problemlərdən danışdı: “İndi görün yanacağın qiymətinin artası onlara necə təsir edib. Benzin Türkyə, ya Avropada bizdən bahadır, amma əmək haqqı bizdən 15-20 dəfə artıqdır. Bizim hər birimiz kommunal xərclərlə bağlı problemləri yaşayırıq. Qiyməti artıranlar bu vəziyyəti nəzərə almırlar. Mən rayona gedib-gələndə bir təqaüdçünün pensiyası qədər benzinə pul veririk. Onda Milli Məclis zəhmət çəkib bizim benzin pulumuz versin, ya da bizim rayonlarla əlaqəmiz kəsiləcək”.

Musavat.com-un məlumatına görə, O.Əsədov “Milli Məclisə deputat seçiləndə biz öhdəlik götürmüşdük ki, deputata sürücü, yanacaq veriləcək. Amma yaxşı, bu məsələyə bir daha qayıdarıq” deyə, bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar