“Divanda Qubad İbadoğluna müəyyən suallar veriləcək”

“Müsavat Partiyasının fevralın 2-də keçiriləcək Divan iclasına dəvət olunan Qubad İbadoğlu və Ellada Məmmədlidən bəzi şeylər soruşulacaq”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

G. Aslanlı bildirib ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin Divana çağırılmağında məqsəd heç də onların partiyadan kənarlaşdırılması deyil: “Onlara müəyyən suallar ünvanlanacaq və sonra hər şey aydın olacaq. Qarşıya bundan başqa heç bir məqsəd qoyulmayıb. Ola bilər ki, digər şəxslər də fəaliyyətləri ilə əlaqədar Divana çağırılsın”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar