Kosovada iğtişaşlar zamanı xəsarət alanların sayı 80-nə çatıb

Kosovonun paytaxtı Priştinada baş verən növbəti iğtişaşlar gedişində ən azı 80 nəfər xəsarət alıb.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat verib. Məlumata əsasən, xəsarət alanlar arasında 56 asayiş keşikçisi var. Bundan başqa, 120-dən çox insan saxlanılıb. Onlar arasında Priştina meri Şpend Ahmeti də var. Şahidlərin sözlərinə əsasən, polis kütləni dağıtmaq üçün rezin güllələr, gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Bundan əvvəl iğtişaşlarda 35 nəfərin xəsarət aldığı, 27 nəfərin saxlanıldığı bildirilib.

Dünən başlayan iğtişaşları əsasən Serbiya mülkiyyətində yerləşən “Trepça” dağ-metallurgiya kombinatını nəzarəti altına götürmək barədə qanun layihəsini hələlik qəbul etməyən yerli hökumətin fəaliyyətindən narazı olan kosovoalban radikallar törədiblər.

Kosovodakı serb nümayəndələri və rəsmi Belqrad da bu qərara fəal şəkildə qarşıdırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar