Kim Çen In Putinin dəvətini qəbul etdi

russias-vladimir-putin-eyeing-closer-ties-north-koreas-kim-jong-unŞimali Koreya lideri Moskvaya səfər edə bilər

Şimali Koreya lideri Kim Çen In Rusiya rəhbərliyinin Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümü münasibətilə mərasimlərə qatılmaq təklifini qəbul edib.

ANS PRESS xəbər verir ki, bu barədə Cənubi Koreyanın Renhap xəbər agentliyi Kremlin dəvətinə Şimali Koreyadan göndərilən elektron məktuba istinadən məlumat yayıb. Şimali Koreya liderinin də Moskvada keçiriləcək tədbirlərə qatılmaq dəvətini qəbul edən 20 dövlət başçısı arasında olduğu bildirilir.

Rusiya prezidentinin mətbuat katibi Vladimir Peskov da Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfər ehtimalını nəzərdən keçirdiyini təsdiqləyib. Rəsmi Pxenyan isə bu məlumatla bağlı hələlik şərh verməyib.

Əgər səfər baş tutarsa, bu, Kim Çen Inın 2011-ci ildə hakimiyyətə gəldikdən sonra xaricə ilk rəsmi səfəri olacaq. Onun sələfi Kim Çen İr isə ölümündən bir müddət əvvəl, 2011-ci ilin avqustunda Rusiyada səfərdə olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar