İŞİD ordusu Türkmənistan sərhədində

isidİŞİD silahlı dəstələri Əfqanıstanın Türkmənistanla sərhəd bəzi əyalətlərində mövqe tutub.

Virtualaz.org saytı “Azadlıq” radiosunun türkmən xidmətinə istinadən xəbər verir ki, Əfqanıstanın Faryab əyalətinin Almar qəzasının bəzi yaşayış məntəqələri İŞİD ordusunun nəzarətinə keçib.

Bu haqda əfqan senator Gülməhəmməd Rəsuli bildirib. O deyib ki, yanvarın 21-də Kabildə Əfqanstanın xüsusi xidmət orqanlarının rəhbərləri ölkənin şimalında təhlükəsizlik məsələsini müzakirə ediblər və “İslam Dövləti”nin cənub əyalətlərindən öz qüvvələrini şimala yeritdiyini təsdiqləyiblər.

“Türkmən-əfqan sərhədinin bilavasitə yaınlığında silahlı islamçılar gözə dəyir və onlar Almar qəzasının puştu kəndlərinin girişində İŞİD-in qara bayraqlarını qaldırıblar” - deyə G.Rəsuli bildirib.

Onun sözlərinə görə, həmin regionda yerləşdirilən İŞİD dəstələrinin sıralarında xeyli xarici ölkə muzdlusu, o cümlədən Orta Asiya respublikalarından olanlar var.

“İŞİD döyüşçüləri olduqca yaxşı silahlanıb, onlar yerli sakinləri İŞİD bayrağı altında birləşməyə çağırır. “Taliban”ın bəzi silahlı birləşmələri də artıq bu regiondakı İŞİD-çilərə qoşulub” - senator deyib.

G.Rəsuli bildirib ki, belə vəziyyət Əfqanıstan-Türkmənistan sərhədində vəziyyəti destablizə edə bilər. Senator Əfqanıstanın hökumət qüvvələrinin həmin regiondakı islamçı yaraqlılar qarşısında aciz olduğunu da bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar