Erməni analar Sarkisyanın şəklini ayaqladı - VİDEO

Ermənistanda əsgər anaları İrəvandakı prezident sarayının önündə prezident Serj Sarkisyanın şəklini ayaqlar altına ataraq tapdayıblar.

ANS PRESS-in məlumatına görə, erməni polisinin əsgər analarına mane olmaq cəhdi uğursuz olub. Qadın isə ona məhəl qoymayıb və Serj Sarkisyanın sözünə əməl etməyən nacins olduğunu vurğulayıb.

Yerə atılan şəkildə Serj Sarkisyanla əsgər analarının 4 il qabaq yanvarın 27-də əsgər anaları ilə görüşü təsvir edilib. Həmin görüşdə erməni prezident əsgər analarına övladlarının dinc şəraitdə həlak olmasının günahkarlarını cəzalandırmaq üçün ədalətli məhkəmə təşkil ediləcəyinə söz vermişdi. Amma Serj Sarkisyan sözünə əməl etməyib.

Həmin vaxt prezidentin qərargahından yepiskop Baqrat Srbazan da çıxıb. Qadınlar keşişi mühasirəyə alıblar. “Sən bu atasından bixəbər üçün dua edirsən?”- deyə onu təhqir ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar