ABŞ Ukraynaya 2 milyard dollar yardım verir

Birləşmiş Ştatlar Ukraynaya 2 milyard dollar məbləğində kredit verəcək.

Azadliq.org bildirir ki, razılşama yanvarın 28-də Kiyevdə imzalanıb. Bu vəsait əsasən sosial xərclərə sərf ediləcək.

Həmçinin Avropa Birliyi bu ay Ukrayna iqtisadiyyatına dəstək üçün 1,8 milyard avro ayrılacağını vəd edib. Birləşmiş Ştatların maliyyə naziri Cak Lyu imza mərasimindən sonra deyib ki, lazım gəlsə Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaları kəskinləşdirə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ilə Almaniyanın kansleri Angela Merkel yanvarın 27-də telefonla Ukraynaya maliyyə yardımı paketinin başa çatdırılmasının vacibliyini müzakirə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar