İŞİD-in amerikalı səhra komandiri həlak olub

Suriya ərazisində gedən döyüşlərdə İŞİD-in yüksək mənsəbli komandiri Əbu Mühəmməd əl-Amriki həlak olub.

Bu barədə NBC News xəbər yayıb. Musavat.com Rusiya mediasına istinadla verdiyi xəbərə görə, komandirin ölümü barədə xəbəri Amerikanın terrorçu qrupların fəaliyyətini izləmək üzrə ixtisaslaşmış Flashpoint Intelligence təşkilatı da təsdiqləyib. Təşkilat bildirib ki, mücahidlər əl-Amrikinin həlak olması barədə bir-birilə xəbərləşərkən səs yazıları qeydə alınıb.

Pentaqon və MKİ hələlik bu xəbəri təsdiq etməyiblər. Terrorçunun həlak olduğu məkan və zaman barədə də dəqiq məlumat yoxdur.

Əbu Mühəmməd əl-Amriki 2014-cü ilin fevralında internetdə yayılan bir videodan sonra Qərbdə mə.hurlaşıb. O zaman o, özünün amerikalı olduğunu bildirmiş və qeyd etmişdi ki, ABŞ vətəndaşıdır. Ancaq mütəxəssislər onun ingiliscə danışığında güclü aksent olduğunu təsbit etmiş və bu qənaətə gəlmişdilər ki, bu adamın Amerikada olması uzun müddət deyil, o ya ABŞ-da çox yaşamayıb, ya da bu ölkəyə yetkin yaşlarda köçüb.

FTB-nin məlumatına görə, hazırda Suriya və İraqda savaşan İŞİD-çilər arasında onlarla amerikalı var. Həlak olduqları vaxt bəzilərinin üstündən ABŞ pasportu tapılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar