İŞİD-in təklifini qəbul edən ilk dövlət

Yaponiya İŞİD-in təklifini qəbul edib.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiya hökuməti İŞİD-in girovları dəyişmək təklifini qəbul edib.

Yaponiyanın İordaniyadakı səfiri vətəndaşlarının sərbəst buraxılması qarşılığında İŞİD-in etdiyi təklifi qəbul etdiklərini açıqlayıb.

Xatırladaq ki, İŞİD ötən həftə girov götürdüyü iki Yaponiya vətəndaşının azad edilməsi qarşılığında 200 milyon dollar tələb etmişdi. Lakin tələbləri yerinə yetirilmədiyi üçün İŞİD-çilər girovlardan birini öldürmüşdü.

Bundan sonra Yaponiya hökuməti İŞİD-in təklifini qəbul edib. İŞİD-in bu dəfəki tələbi 2005-ci ildə İordaniyada partlayış törətməyə cəhd edən, lakin üzərindəki bomba partlamadığı üçün polislər tərəfindən saxlanılan Sacidə Rişavidir.

Yaponiya səfiri Rişavinin sərbəst buraxılacağını deyib.

Bununla da Yaponiya ilk dəfə olaraq İŞİD-in təklifini qəbul edən dövət olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar