Baş prokurorluqdan prokurorun güllələnməsi ilə bağlı AÇIQLAMA

Baş prokurorluq Hərbi Prokurorluğunun əməkdaşının odlu silahla xəsarət alması ilə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumatına görə, yanvarın 25-də Respublika Hərbi Prokurorluğunun şöbə prokuroru Əhmədov Rəhman Bayram oğlunun odlu silah xəsarətləri ilə xəstəxanaya müraciət etməsi ilə bağlı araşdırma aparılıb. Müəyyən edilib ki, yanvarın 24-də saat 21 radələrində R.Əhmədov ov etmək məqsədi ilə dostları ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndi yaxınlığındakı fermaya gedib. Orada dostu Murtuzov İdris Xanbala oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində R.Əhmədov açılmış atəş zamanı bədən xəsarətləri alıb.

Fakta görə Cinayət Məcəlləsinin 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir, eyni zamanda R.Əhmədov barəsində Respublika Hərbi Prokurorluğunda xidməti yoxlama aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar