Rusiyadan növbəti hədə: "Cavabımız sərhədsiz olacaq"

Dmitri Medvedev yeni savaşın konturlarını müəyyən elədi

Dmitri Medvedev Rusiyanı SWIFT beynəlxalq hesablaşma sistemindən çıxarmaq niyyətində olan qərbi kəskin hədələyib.

ANS PRESS-in məlumatına görə, heyvandarlığın problemləri ilə bağlı iclas keçirən Rusiya baş naziri ölkəsinin cavabının daha kəskin olacağını və bu addamların heç bir sərhədi olmayacağını vurğulayıb.

“Nə baş verəcəyini görəcəyik. Əgər bunu qərara alsalar, bizim iqtisadi cavabımız, ümumiyyətlə istənilən başqa reaksiyamız sərhədsiz olacaq”, - deyə Medvedev vurğulayıb.

SWIFT rəhbərliyi Rusiyaya qarşı heç bir planı olmadığını bildirsə də, təşkilat Avropa Birliyinin (AB) hüquqi sisteminə daxil olduğuna görə, onu AB-nin tələblərini yerinə yetirməyə məcbur ola bilər. SWIFT-dən çıxarılma Rusiya üçün ciddi itkilərə səbəb ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar