Yunanıstan birjası çökür

Syriza-nın seçkidə qələbə qazanmasından sonra Afina Birjası son üç gündə 15%-dən çox dəyərdən düşüb.

Yunanıstan birjasında, qənaət siyasətlərinə qarşı çıxan Syriza partiyasının ötən həftə keçirilmiş seçkidə zəfər qazanmasından sonra sərt itkilər müşahidə olunur. Bu gün Afina birjası 8.85%, həftənin əvvəlindən bu yana isə 15.5% geriləyib.

Yunanıstan bank indeksi isə bu gün 26%-dən çox geriləyərək tarixi dib səviyyəsini görüb. İndeks Avropadakı borc böhranının başlandığı 2009-cu ilin sonlarından bu yana təxminən 99 faiz düşüb.

Brokerlər, yerli investorların Yunanıstanda yaradılan yeni hökumətin qənaət siyasətinə qarşı davranışı səbəbindən yeni maliyyə yardımının alınmasına dair Avro bölgəsi ilə danışıqların çətin keçəcəyindən və likvidliyin azalacağından nigaran olduğunu ifadə edirlər. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar