AŞ PA-dan Rusiyaya daha bir zərbə- YENİLƏNİB

Avropa Şurasının Parlament Assambleyası Rusiyaya qarşı sanksiyaların uzadılması və 2015-ci ilin aprelinədək bu ölkənin nümayəndə heyətini səsvermə, eləcə də, Assambleyanın rəhbər orqanlarında tımsil olunmaq hüququndan məhrum etmək barədə qərar qəbul edib. Qərarınlehinə 148, əleyhinə 64 avropalı deputat səs verib.

Bununla əlaqədar Rusiya nümayəndə heyəti ilin sonunadək AŞ PA-nı tərk edib. Nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov RİA “Novosti”yə məlumatı təsdiqləyib.

------------

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komissiyası Rusiyanın səs hüququndan məhrum edilməsi təşəbbüsünü dəstəkləyən qərar çıxarıb. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, qərar cəmi 1 səs üstünlüklə qəbul edilib.

Belə bir bəyanatı Rusiya nümayəndə heyəti başçısının müavini Leonid Slutski verib. Onun sözlərinə görə, qərar Rusiya üzrə məruzəçi Stefan Şenenaxı təəccübləndirib. Məruzəçi Rusiyanın şanslarının hələ qaldığını söyləyib.

Az öncə hollandiyalı parlamentarlar Rusiya nümayəndə heyətini səs vermək və qurumun strukturlarında təmsil olunmaq hüququndan məhrum etmək haqda qətnamə layihəsi hazırlayıblar.

Qətnamə layihəsi üzrə səsvermə AŞ PA-da Bakı vaxtı ilə gecə saatlarında baş tutacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar