Prokuror ovda yaralanıb?

Azərbaycan Hərbi Prokurorluğunun şöbə prokuroru Rəhman Əhmədov ovda silahla ehtiyatsız davranma nəticəsində yaralanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, ilkin araşdırmalarla müəyyən edilib ki, yanvarın 24-də saat 21 radələrində R.Əhmədov ov etmək məqsədi ilə dostları ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndi yaxınlığındakı fermaya gedib, orada dostu Murtuzov İdris Xanbala oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş zamanı bədən xəsarətləri alıb.

Fakta görə Cinayət Məcəlləsinin 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir, eyni zamanda, R.Əhmədov barəsində Respublika Hərbi Prokurorluğunda xidməti yoxlama aparılır.

Qeyd edək ki, sözügedən rayonda kəklik və ya dovşan ovlamaq olar. Lakin saat 21-də heç bir ov ola bilməz. İlin bu vaxtı saat 18 radələrində qaranlıq düşür.

Buna görə, saat 21:00-da ovçular yalnız istirahət edə və ya butilkalara atəş aça bilərlər. Onların fermada nə etdikləri isə aydın deyil.(Turan)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar