"Freedom House" yenə də Azərbaycanı “qeyri-azad ölkə” adlandırıb

Freedom House hüquq- müdafiə təşkilatı “Dünyada Azadlıq-2015” adlı illik hesabatını yayıb. Hesabat 195 ölkədə azadlığın səviyyəsini dəyərləndirib. Hesabatda deyilir ki, 2014-ci ildə azadlığının vəziyyəti demək olar ki, hər yerində xeyli pisləşib.

Suriya dünyanın ən qeyri-azad ölkəsi sayılıb. Rusiyanın Ukraynanı işğalı isə demokratiyaya pis zərbə adlandırılır.

Bildirilib ki, Azərbaycan və Venesuelada siyasi məhbusların sayı 2014-ci ildə artıb. Azərbaycan son bir neçə ildə olduğu kimi, “qeyri-azad” ölkələr sırasında yer alıb. Bu onunla izah olunur ki, Azərbaycanda hökumət tənqidçilərinin, insan haqları fəalları və jurnalistlərə qarşı repressiyalar gücləndirilib. Onların həbsə atıldığı qeyd olunur.-

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar