Azərbaycan əsgəri güllə partlaması nəticəsində həlak olub

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “N” saylı hərbi hissənin əsgəri Bəbişov Namiq Əlibala oğlu təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində patronun gülləsinin partlaması ilə ağır xəsarət alıb və dünyasını dəyişib.

Nazirlik əsgərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, həlak olan əsgər Yevlax rayonundan hərbi xidmətə çağırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar