"Putin bu il hakimiyyətdən gedəcək"

2015-ci il Rusiya prezidenti Vladimir Putin üçün hakimiyyətdə son il olacaq. Belə maraqlı açıqlama ilə hələ bir neçə il əvvəl Rusiya telekanallarının birinə verdiyi müsahibəsində tanınmış rusiyalı artist Gennadi Xazanov çıxış edib.

Məşhur artist hələ 2007-ci ildə «Persona» verilişinə müsahibəsində tanışı olan öncəgörən qadının ona danışdıqlarını açıqlayıb. Xazanov bildirib ki, dedikləri dəfələrlə düz çıxan bu qadın 2000-ci ilin yanvarın birindən prezident səlahiyyətlərini icra etməyə başlayan şəxsin 15 illiyə gəldiyini deyib.

Xazanov qadının bu sözlərini sonradan Putinin özünə də çatdırıb.

Deyilənlərin nə dərəcədə həqiqət olduğunu və həyata keçib keçməcəyini isə zaman göstərəcək.

(Azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar