Ukrayna separatçıları Minsk razılaşmasından imtina etdilər

Qondarma "Donetsk xalq respublikası" Minsk razılaşmasından imtina etdiyini bildirilib.APA-nın “Gazeta.ru”-ya istindən verdiyi xəbərə görə, bu barədə “DXR” özünümüdafiə qərargahının rəsmisi Eduard Basurin deyib

“Minskdə imzalanan sazişlər artıq qüvvədən düşüb. Buna baxmayaraq, biz danışıqları davam etdirməyə hazırıq”, deyə E.Basurin bildirib.

Bundan əvvəl, “DXR” parlamentinin vitse-spikeri Denis Puşilin bəyan etmişdi ki, rəsmi Kiyevin qondarma Donetsk və Luqansk xalq respublikalarının terror təşkilatı kimi tanınması ilə bağlı təşəbbüsü Minsk razılaşmalarının pozulmasına yönəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar