Ekspert qiymət artımının görünməyən tərəfini açdı

İqtisadçı ekspert Azər Mehtiyev “Media forum” saytına açıqlamasında son qiymət artımının (Hökumət benzinin qiymətini artırdı) ilk baxışdan görünməyən tərəfindən danışıb.

O deyib ki, benzinin bahalaşması Dövlət Neft Şirkətinin müraciəti əsasında həyata keçirilsə də, əslində şirkət bu artımdan qazanc götürmür: “Tarif Şurasının qərarı ilə tanış olanda aydınlaşır ki, əslində qiymət artımının Dövlət Neft Şirkəti ilə heç bir əlaqəsi yoxdur. Şirkət bu qiymət artımından heç nə qazanmır. Qiymət artımı tamamilə aksizlərin artırılması hesabına baş verib. Belə ki, aksiz dərəcəsi Aİ-95 benzini üzrə 101.0 faizdən 159.0 faizə, Aİ-92 benzini üzrə 92.0 faizdən 134.0 faizə, Aİ-80 benzini üzrə 93.0 faizdən 134.0 faizə, dizel yanacağı üzrə 57.0 faizdən 77.59 faizə qaldırılıb. Yəni hökumət aksizlər üzrə vergi dərəcələrini artırıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar