Qorbaçov Dumanın bəyənatını “cəfəngiyat” adlandırdı

Beynəlxalq münasibətlər komitəsində belə bir bəyanat hazırlanıb

SSRİ-nin son prezidenti Mixail Qorbaçov Almaniya Demokratik Respublikasının Almaniya Federativ Respublikası tərəfindən anneksiya edilməsi haqda bəyanatı "cəfəngiyyat" adlandırıb.

ANS PRESS-in məlumatına görə, Rusiya Dumasının beynəlxalq münasibətlər komitəsində belə bir bəyanat hazırlanıb.

Kommunist deputat Nikolay İvanovun təşəbbüsü ilə hazırlanan bəyanat Avropa Şurası Parlament Assambleyasının Rusiyanı Krımı ilhaq etməkdə suçladığı bəyanata cavabdır.

Qorbaçov deyib ki, indiki hadisələrdən çıxış edərək 25 il əvvəlki olaylara qiymət vermək olmaz.

O bildirib ki, həmin vaxt iki Almaniya dövlətinin birləşməsi haqda referenduma ehtiyac yox idi. Çünki hər iki tərəfdə birləşmək şüarları ilə 100 minlik mitinqlər gedirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar