BMT 7 dövləti səsvermə hüququndan məhrum etdi

Yeddi ölkə üzvlük haqqının ödənilmədiyi səbəbindən BMT Baş Assambleyasında səsvermə hüququnu itirib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Hazırda yeddi ölkə Baş Assambleyanın 69-cu sessiyasında səs verə bilmir. Bunlar Qrenada, Qırğızıstan, Marşal adaları, Makedoniya, Tonqa, Vanuatu və Yəməndir”, deyə S. Düjarrik bildirib.

BMT rəsmisinin sözlərinə görə, bir neçə gün əvvəl bu siyahıdan borcunu ödəmiş Ruanda silinib. BMT katibliyi borclu ölkələri təşkilatda tam üzvlüklərini bərpa etmək üçün tezliklə borclarını ödəməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar