Ukraynada Leninin daha 3 heykəli götürüldü

Keçmiş sovet lideri Vladimir Leninin Ukraynada daha 3 heykəli götürülüb.

Heykəllərdən ikisi yanvarın 28-də Berdyansk şəhərində hərbi geyimli bir qrup şəxs tərəfindən sökülüb. Onlar özlərini "Ukrayna vətənpərvərləri" adlandırıblar.

Yanvarın 27-də isə Zaporijya şəhəri kənarındakı heykəli naməlum adamlar dağıdıblar.

Son bir ildə Ukraynada Leninin onlarla heykəli götürülüb. Proses Avromaydan hərəkatından və ölkənin şərqində münaqişə qızışandan daha da sürətlənib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar