İrandan qadınlarla bağlı inqilabi qərar

Əcnəbi qadınlar kişilərin matçlarını meydançadan izləyə biləcəklər

İranda qadınlarla bağlı daha bir gözlənilməz qərar verilib. Bu ölkədə qadınların tribunalardan kişilərin oyunlarının izləməsi qadağan idi.

ANS PRESS-in məlumatına görə, indi əcnəbi qadınların voleybol matçları izləməsinə icazə verilib. Onlar paytaxt Tehranda keçiriləcək turnirləri izləyə biləcəklər.

İran Voleybol Federasiyasının başçısı Mahmud Afşardost İranın ev sahibliyi edəcək turnirin iyun avqust aylarında keçiriləcəyini deyib. O, Asiya kişilər arasında voleybol çempionatında əcnəbi qadınların yarışları salondan izləməsində bir problem olmadığını deyib.

Afşardost tərəfindən Asiya Voleybol Konfederasiyasına məktub göndərilib. Məktubda deyilir:

"Qadın səfirlik işçiləri, xarici komandadakı oyunçuların ailələri, əcnəbi qadın izləyicilər və Tehranda yaşayan digər əcnəbilər yarışlar keçirilən salonda ola bilərlər".

Məktubda həmçinin çempionatın keçiriləəyi Azadi Kompleksində qadınlar üçün müvafiq və xüsusi bir yer təşkil ediləcəyi qeyd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar