İŞİD yapon girovun yeni videosunu yayıb

İŞİD yaraqlıları Yaponiyadan girovların terrorist qadın Sacida al-Rişavi ilə dəyişdirilməsini yanvarın 29-da günün sonunadək yekunlaşdırmağı tələb edirlər. Terroristlərin bu tələbi internet şəbəkəsində yerləşdirdikləri son videokadrlarda öz əksini tapıb.

Videokadrda yaraqlıların son tələbini yapon girov Kezi Qoto səsləndirib: “Əgər Sacida al-Rişavi mənimlə dəyişdirilmək üçün dördüncü günün sonunadək Türkiyə ilə sərhəddə gətirilməsə, o zaman iordaniyalı pilot dərhal qətlə yetiriləcək”.

Bir gün əvvəl internetdə yayımlanmış videokadrda İŞİD yaraqlılarından biri girovların azadlığa buraxılacağını vəd edib. Həmin videoyazının orijinallığı hələlik təsdiq olunmayıb.

Yaponiyanın xarixi işlər naziri Fumio Kişida isə bildirib ki, terrorçularla danışıqlarda hələlik irəliləyiş yoxdur. /Azertac

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar