ABŞ-ın birinci ledilərinin başıaçıq mesajları

Səudiyyə kralına görə Britaniya bayrağının endirilməsi tənqid olunur

Səudiyyə kralı Abdullahın vəfatı ilə bağlı Britaniya dövlət bayraqlarının endirilməsi siyasətçilər və ictimaiyyət tərəfindən tənqid edilir.

Digər birinci ledilərdə olduğu kimi, Mişel Obamanın da geyimi onun çatdırmaq istədiyi mesaja son dərəcə uyğun olur.

Üstəlik, o, vətənində və xaricdə geyiminə görə “dəb diplomatiyası” üzrə yüksək qiymətlər alır, - “Washington Post” yazır.

ABŞ-ın populyar qəzeti “qadınlara geyimlə bağlı sərt yasaqlar” qoyulan, onlara “sürücülük hüququnun belə verilmədiyi” Səudiyyə Ərəbistanı kimi bir ölkəyə səfəri zamanı birinci ledinin geyindiyi paltarı müzakirə edir: “Bu ölkədə qadınlardan ictimaiyyət arasında ciddi geyinmək, yəni onların üzlərini və saçlarını örtməsi, çadra geyməsi tələb edilir, xanım Obama isə mavi üst geyimi, qara şalvar geyinib, başını örtməyib”.

Mişel Obamanın seçimi presedentsiz deyil. “Washington Post” xatırladır ki, 2006-cı ildə Laura Buş da səfəri zamanı Kral Abdullah ilə gorüşəndə eyni seçimi etmişdi.

Keçmiş dövlət katibi Kondoliza Rays 2011-ci ildə kitabında yazırdı ki, kral Abdullah ona qara çadra və örtük hədiyyə vermək istəyib, amma o, bunları geyinməkdən imtina edib.

Ancaq xanım Obama geyimə və dəbə diqqət verir, geyimi ilə ənənə yaradır, brendləri tirajlayır. Sosial mediada onun müqayisəyəgəlməz qlobal auditoriyası var, - “Washington Post” yazır:

Mişel Obamanın geyimi Twitter-də müzakirə olunur

“Onun hərəkəti Twitter-də geniş müzakirəyə səbəb olub. “Sayğısızlıq”, “kobudluq”, “Mişel_ Obama_örtüksüzdür” kimi tərcümə edilən (#ميشيل_أوباما_سفور) haştaqın 1500 tviti olub. Bu tvitlərdə birinci ledi daha çox tənqid edilib. Bəzi istifadəçilər xatırladıblar ki, Michelle yaxınlarda İndoneziyaya səfəri zamanı başını örtmüşdü. Niyə Səudiyyə Ərəbistanında yox?”

Unutmayın ki, xanım Obama üçün, xüsusilə dünya arenasına çıxdığı zaman geyim seçməsi asan deyil. Onun libas seçimi qadın hüquqları sahəsində köhnə kraldan miras qalmış problemlərin yeni krala ötürüldüyü və bu barədə danışıldığı vaxta düşür, - “Washington Post” yazır.

Qəzet xatırladır ki, bu həm də əvvəlki birinci ledilərin verdikləri mesajlara sosial mediada dəstəkdir: “1995-ci ildə Hillary Clinton BMT-nin Pekindəki Qadınlar Konfransında çıxışı zamanı deyib ki, qadın hüquqları insan hüquqları, insan hüquqları da elə qadın hüquqlarıdır”.

Laura Buş danışanda Səudiyyə qrupu zalı tərk edib

10 il sonra, 2005-ci ildə İordaniyada keçirilən Dünya İqtisadi Forumunda Laura Buş ərəb ölkələri liderləri qarşısında qadın hüquqlarının vacibliyini vurğuladı: “Qadın azadlığı məfhumu yalnız qadınlara qarşı təzyiqin olmaması deyil, bundan qat-qat geniş anlayışdır. Bu, söz azadlığıdır, seçim hüququdur, etiqad azadlığıdır. İnsan hüquqları anlayışı qadın hüquqlarının da olmasını tələb edir. İnsan azadlıqları olmayan yerdə insan hüquqları boş vədlərdir”.

Laura Bush “Ürəkdən danışmaq” adlı kitabında yazır ki, o bu məqama toxunanda Səudiyyə Ərəbistanının nümayəndə heyəti zalı tərk edib.

On il sonra xanım Obama öz geyimi ilə eyni bəyanatı verir.

Xanım Buş 2005-ci ildə demişdi ki, “bu hüquqları hələ qazanmayan qadınlar onları kənardan müşahidə edirlər” və xanım Obama Səudiyyə Ərəbistanında baş örtüksüz, şalvarda bu mesajı verir:“Görmək çox asandır” ("Azadlıq" radiosu).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar