"Ruslar Ukraynada ölən əsgərlərini yandırır" - UTX

Ukraynanın şərqində həlak olan rus hərbçiləri Rusiya Baş Qərargahının göstərişinə əsasən krematoriyalarda yandırılır. Axar.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, yanvarın 20-si və 23-də Rusiya Silahlı Qüvvələri Baş Qərargahının göstərişinə əsasən separatçıların nəzarətində olan ərazilərə 7 mobil səyyar krematoriyalar göndərilib.

Nalivayçenko bildirib ki, hər krematoriyada sutka ərzində 8-10 meyit yandırılır. Məlumata görə, “ölüm sobaları” Rusiya hərbi kəşfiyyatçıları tərəfindən koordinasiya olunur. Xidmət rəhbəri hər gün onlarla rus vətəndaşının Ukraynaya göndərilən hərbçiləri axtarmaq üçün müraciət etdiyini deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar