Özünə od vuran sürücü ölümlə boğuşur

Baş həkim: "Həmin şəxs üçün həyati təhlükə var"

"Özünü yandıran mikroavtobus sürücüsünün bədəninin 30% hissəsi yanıb. Hazırda o, reanimasiya şöbəsində müayinə olunur".

Bunu Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.

O bildirib ki, yuxarı tənəffüz yollarında yanıqlar olduğu üçün həmin şəxs üçün həyati təhlükə var: "Bir az gözləmək lazım gələcək. Əgər 3-4 günlük müddətdə bir problem olmazsa yanıq keçib gedəcək, əks təqdirdə acı nəticə ola bilər", - deyə baş həkim ANS PRESS-ə bildirib.

Qeyd edək ki, ötən gün Arzuman Hümbətov “20 Yanvar” dairəsinin yaxınlığında üzərinə benzin tökərək yandırıb. Sürücü ağır vəziyyətdə Respublika Yanıq Mərkəzində reanimasiyaya yerləşdirilib.

Onun üz, çənə və sinə nahiyəsinin yandığı məlum olub. ilkin ehtimallara görə, A.Hümbətovun nəfəs borusu da xəsarət alıb.

Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsü nəqliyyat müfəttişləri tərəfindən döyülüb, təhqir edilməsindən sonra özünü yandırdığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar