Zəfər Quliyev vəfat etdi

Tanınmış politoloq Zəfər Quliyev bu gün səhər saatlarında ürəktutmasından Tiflisdə vəfat edib.

Bu barədə Musavat.com-a Z.Quliyevin çalışdığı Minval.az saytının təsisçisi Rauf Arifoğlu xəbər verib.

Baş redaktorun sözlərinə görə, ürək damarlarında tıxanıqlıq olması səbəbindən rahatsız olan Zəfər Quliyev Tiflisə yola salınmışdı: "Orada onun ürəyinə stend yerləşdirilməliydi. Ancaq Tiflisdə həkimlər onun ürəyində açıq əməliyyat keçirməyin vacib olduğunu bildirib, tövsiyə ediblər ki, dərhal əməliyyat olunsun. Zəfər Quliyev tərəddüd edib. Dostları israr etsələr də o, belə bir əməliyyatın bir müddət sonra keçirilməsini istəyib. Lakin ən sonda əməliyyata Bakıya dönmədən girməyə razılıq verib. Həyat yoldaşının musavat.com-a verdiyi xəbərə görə, bu səbəbdən gərginlik yaşayan politoloq gecə səhərə qədər yata bilməyib və səhər saatlarına qaldığı oteldə fənalaşıb. Onu təcili şəkildə xəstəxanaya çatdırsalar da, həkimlərin səyinə baxmayaraq Zəfər Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 62 yaşlı Zəfər Quliyev ölkənin tanınmış politoloqlarından və ictimai-siyasi xadimlərindən biriydi.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar