Kəlbəcərli girovlarla bağlı “appelasiya şikayəti”

Dağlıq Qarabağ ərazsində girov saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quluiyevin “vəkilləri” “appelasiya şikayət”i veriblər. Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, Şahbaz Quliyevin “vəkili” Arkadi İsraelyan deyib ki, müdafiə etdiyi şəxs özü barəsində irəli sürülən heç bir maddə üzrə özünü təqsirli bilmədiyi üçün, “hökm”dən bütün bəndlər üzrə şikayət edəcək.

Dilqəm Əsgərovun “vəkili” Erik Beqlaryan isə müdafiə etdiyi şəsin özünü təqsirkar bilmədiyi maddələr üzrə”məhkəmə hökmü”ndən şikayət verdiyini deyib.

Xatırladaq ki, 2014-cü ilin yayında Kəlbəcər ərazsində girov götürülən Azərbaycan vətəndaşlarından DilqəmƏsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar