Ermənistanda etirazlar yenidən başladı - CANLI YAYIM

Erməni sahibkarlar ölkə hökumətinin binasının qarşısında kütləvi aksiya keçirirlər. 

Məlumata əsasən, sahibkarlar “dövriyyədən verginin tutulması” qanunun qüvvəyə minməsinə görə, etiraz aksiyası keçirirlər. Bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir. Sahibkarlar yeni qanunla yanaşı, köhnə qanun da saxlanılmasını istəyir. Onlar ən azı bu yolla sahibkarlara bir il daha möhlət verilməsini istəyir.

Etirazçılar həmçinin ölkədə ticarətçilərə qarşı davam edən repressiyalara son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.

Qeyd edək ki, “dövriyyədən verginin tutulması” yeni qanuna əsasən yarmarkada işləyən sahibkarlar ticarət dövriyyəsi haqqında sənədləri müvafiq orqanlara təqdim etməlidir. Əks halda onlar cərimələnəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar