ERMƏNİSTAN TƏYYARƏSİ BELƏ MƏHV EDİLDİ - Video

Ermənistanın pilotsuz uçan aparatı məhv edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, ötən il noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət “Mi-24” tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar