250 reys təxirə düşdü

Almaniya aeroportlarında işçilərin tətilinə görə, təxminən 250 reys təxirə salınıb.

ANS PRESS-in məlumatına görə, Həmkarlar İttifaqının tətilləri Düsseldorf aeroportunda və Köln aeroportunda keçirilib. Nəticədə, Düsseldorf aeroportunda 190, Kölndə isə 40 aviareys təxirə düşüb.

Aeroportlar sərnişinlərə qabaqcadan öz aviaşirkətlərinə müraciət etməyi məsləhət görüb. Həmçinin, sərnişinlərə aeroporta qabaqcadan gəlmək və yüklərini minimuma qədər azaltmaq məsləhət görülür. İşçi tətilinin bütün gün ərzində davam edəcəyi gözlənilir.

Həmkarlar İttifaqı Şimal Reyn-Vestfaliya təhlükəsizlik xidmətinin əməkdaşlarının əmək haqqının artımı haqqında müqaviləyə düzəlişlər etməyi tələb ediblər.

Həmkarlar İttifaqının nümayəndəsi Andrea Beker qeyd edib ki, tətil işə götürənlərlə uğursuz danışıqlardan sonra baş tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar