Şimali Koreyadan Cənubi Koreyaya şərt: “10 milyard dollar ver, danışaq”

“Reuters”in paytaxt Seuldan verdiyi xəbərdə deyilir ki, Şimali Koreya 2009-cu ildə Cənubi Koreya ilə danişıqlara başlamaq üçün ağlasığmaz tələblər irəli sürüb. Bu barədə həmin vaxt Cənubi Koreya prezidenti olmuş Li Myunq-bak məlumat verib.

Ondan əvvəlki prezident Kim Dae-junq Şimali Koreya ilə 2000-ci ildə danışıqlar aparmaq üçün 500 milyon dollarlıq yardım etməli olmuşdu.

2008-2013-cü illərdə prezident olmuş Li Myunq-bak yazdığı kitabında bu barədə ətraflı məlumat verib. Kitabda Şimali Koreyanın irəli sürdüyü tələblər belə sıralanır: “400 min ton düyü, 100 min ton buğda, 300 min ton gübrə və 10 milyard dollar nağd pul”. Li Myunq-bak yazır ki, “mən prezident olaraq, bu tələbi rədd etdim”.

Şimali Koreyanın gənc lideri Kim Çen In də iki Koreya arasında dialoqa yenidən start verilməsini istəyir. Ancaq hələ ki, tərəflər ortaq məxrəcə gələ bilmirlər. (musavat.com)

[gallery columns="5" ids="90339,90340,90341,90342,90343"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar