Cəmil Həsənli Abel Məhərrəmova cavab verdi

“Mənə ayrılan dərshesabının ləğvi siyasi baxışlarımla, Milli Şuradakı fəaliyyətimlə bığlıdır”

Bakı Dövlət Universitetinin rektoru Abel Məhhərrəmov dekabrın 3-də jurnalistlərə açıqlamasında professor Cəmil Həsənli və dosent Altay Göyüşovla bağlı məsələdən danışıb. Abel Məhərrəmov deyib ki, Cəmil Həsənli səhhəti ilə əlaqədar 2 il əvvəl öz ərizəsinə əsasən universitetdən işdən çıxıb: “Amma həmin dövrdə biz ona təklif etdik ki, magistrlərlə, doktorantlarla iş aparsın və bir il Cəmil Həsənli bunu etdi. Növbəti ildə isə imkanı olmadığına görə dərsə gələ bilmədi və ona dərs verilmədi. Bunun başqa səbəbi yoxdur”.

«Azadlıq»a açıqlamasında Cəmil Həsənli söyləyib ki, əslində o, BDU-da ştatda olmayıb. Universitetdə saathesabı dərs dediyini söyləyən Cəmil bəy, bunu universitetin səlahiyyətində olan məsələ adlandırıb: «Mən bu məsələdə iddialı deyiləm. Universitet mənə dərs verə də, verməyə də bilər. Mən kafedrada cədvələ düşmüşdüm və jurnalda ayrıja səhifədə ad-familiyam da yazılmışdı. Bu gün də həmin səhifə durur. Sonradan dərlərin başlanması seçki kampaniyasıyla üst-üstə düşdüyü üçün bu barədə kafedraya məlumat verildi». C.Həsənli əlavə edib ki, Milli Məjlisdə olduğu vaxtlarda da sistemli şəkildə auditoriyalarda dərs deyib və dərs buraxmağa meylli olmayıb. Yəni onun üçün tələbələriylə görüş həmişə maraqlı olub. Lakin BDU-nun rektorunun söylədiyi kimi, onun dərsə getmək imkanının olmaması məsələsi olmayıb. Sadəcə olaraq, bunu onun siyasi fəaliyyətiylə əlaqəli şəkildə, siyasi məsələ kimi qabardıblar: «Xatırladım ki, BDU-dan 2011-ci ilin yayında öz ərizəmlə getmişəm və həmin vaxtdan universitetdə ştatda deyiləm. Sadəcə, mənə ayrılan dərs hesabı ləğv edilib. Bu da yuxarıda qeyd etdiyim kimi, siyasi baxışlarımla, Milli Şuradakı fəaliyyətim və çıxışlarımla bığlıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar