“Aprelin 24-də mütləq Ermənistanda olacağam”

“Aprelin 24-də Ermənistanda olacağam. Və Ermənistanda bir şəxs kimi yox, Fransa dövlətinin təmsilçisi qismində olacağam”. Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Fransua Olland Parisdə erməni diasporunun hər il təşkil etdiyi ənənəvi tədbirdə çıxışı zamanı deyib. Tədbirdə erməni əsilli fransız müğənni Şarl Aznavur da iştirak edib.

Fransa prezidenti çıxışında tarixdən, “genosid”dən, danışıb və qeyd edib ki, “ermənilərin iztirablarını yaxşı anlayır”. Ermənilərə xitab edən Olland deyib: “Bilin ki, Fransa sizinlə fəxr edir”.

Fransua Olland Qarabağ məsələsinə də toxunub. Qeyd edib ki, bütün vasitələrlə problemin həllini tapmağa çalışmaq lazımdır. Eyni zamanda o, Ermənistana Fransanın maliyyə yardımını artırmağın zəruriliyini dilə gətirib. “Çünki Ermənistan bizim kiçik qardaşımızdır”.

Xatırladaq ki, Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar